EN

Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər

Böyük şair və mütəfəkkir İmaddədin Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər.

News24.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır.

Belə ki, artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu haqda Suriyaya məlumat verilib.

Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi şəhərdə Nəsiminin də məzarı dağıntılara məruz qalıb.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan KP MK-nın Birinci katibi kimi 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Nəsiminin məzarı səliqəyə salınır.

Daha sonra Heydər Əliyev məzarı ziyarət edir.

2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilib.





Chosen
72
45
news24.az

10Sources