“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
İdmanxeber.az-a verilən məlumata görə, “ağ-qaralar” mərkəz müdafiəçisi transfer edir. Albaniyalı oyunçu ilə yaxın vaxtlarda rəsmi müqavilə imzalanacaq.
Adını dəqiqləşdirə bilmədiyimiz oyunçu karyerası ərzində yalnız ölkəsində çıxış edib. O, ölkəmizdə ilk dəfə legioner həyatı yaşayacaq.