EN

KİV: ABŞ və Rusiya Ukraynada sülh danışıqları çərçivəsində enerji sazişlərini müzakirə edib

ABŞ və Rusiya nümayəndələri bu ay potensial enerji sazişləri ilə bağlı qapalı danışıqlar aparıblar.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən bildirib.

Məlumata görə, bu sazişlər Kremli Ukraynada sülhə razılaşmağa, Vaşinqtonu isə Rusiyaya qarşı sanksiyaları yumşaltmağa təşviq etməyə xidmət edir.

Rəsmilər “Exxon Mobil” şirkətinin Rusiyanın "Saxalin-1" neft və qaz layihəsinə qayıtması mümkünlüyünü müzakirə ediblər.

Bundan başqa, Rusiyanın Qərbin sanksiyaları altında olan "Arktik LNG 2" kimi layihələri üçün ABŞ-dən avadanlıqlar, eləcə də ABŞ-nin Rusiyadan atom buzqıranları alması məsələləri də müzakirəyə mövzusu olub.

Danışıqlar ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfəri zamanı baş tutub, O, Rusiya Prezidenti Vladimir Putin və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevlə görüşüb. Bu məsələlər Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşlərdə də qaldırılıb.

Ağ Ev təsdiq edib ki, Tramp və onun komandası döyüş əməliyyatlarının dayandırılması və ikitərəfli həll yolunun tapılması məqsədilə Rusiya və Ukrayna rəsmiləri ilə dialoqu davam etdirir.

Chosen
29
report.az

1Sources