Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan ilk komandalar müəyyənləşəcək.
Tribunainfo.az xəbər verir ki, pley-offun cavab oyunları çərçivəsində “Kayrat” “Seltik”i qəbul edəcək. “Pafos” “Srvena Zvezda” ilə qarşılaşacaq. “Şturm” isə “Budo-Qlimt”lə üz-üzə gələcək.
Bu mərhələnin digər cavab oyunları sabah keçiriləcək. Azərbaycan təmsilçisi “Qarabağ” sabahTofiq Bəhramov adına Respublika Stadionunda “Ferensvaroş”u qəbul edəcək.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
26 avqust
20:45. “Kayrat” (Qazaxıstan) – “Seltik” (Şotlandiya)
İlk oyun – 0:0
23:00. “Pafos” (Kipr) – “Srvena Zvezda” (Serbiya)
İlk oyun – 2:1
23:00. “Şturm” (Avstriya) – “Budo/Qlimt” (Norveç)
İlk oyun – 0:5
27 avqust
20:45. “Qarabağ” (Azərbaycan) – “Ferensvaroş” (Macarıstan)
İlk oyun – 3:1
23:00. “Kopenhagen” (Danimarka) – “Bazel” (İsveçrə)
İlk oyun – 1:1
23:00. “Benfika” (Portuqaliya) – “Fənərbaxça” (Türkiyə)
İlk oyun – 0:0
23:00. “Brügge” (Belçika) – “Reyncers” (Şotlandiya)
İlk oyun – 3:1