EN

Bu universitetdə də plan yeri tam dolub

Qəbul planı 100 faiz dolan universitetlər arasında Bakı Avrasiya Universiteti də ilk sıralarda yer alıb.

AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-a Bakı Avrasiya Universitetindən (BAU) məlumat verilib.

Bildirilib ki, ümumilikdə 1440 plan yerinin hamısı dolub. Bu yerlərdən 64-ü dövlət sifarişli, 30-u isə qiyabi təhsil formasındadır.

Əlavə olaraq qeyd edilib ki, qiyabi təhsil üzrə qəbul marketinq, turizm işinin təşkili və sosial iş ixtisasları üzrə həyata keçirilib və bu ixtisaslar üzrə də bütün plan yerləri dolub.

Ümumilikdə I, II, III və IV ixtisas qrupları üzrə 22 ixtisas üzrə tələbə qəbulu aparılıb.

"I qrup üzrə İnformasiya texnologiyaları, II qrup dövlət və bələdiyyə idarəetməsi, biznesin idarə olunması, turizm işinin təşkili, iqtisadiyyat, marketinq, menecment, mühasibat uçotu, maliyyə, III qrup üzrə isə beynəlxalq münasibətlər, beynəlxalq münasibətlər (tədris ingilis dilində) – bu ixtisas üzrə 60 yer ayrılıb, filologiya (Azərbaycan dili), filologiya (ingilis dili və ədəbiyyatı), filologiya (türk dili və ədəbiyyatı), regionşünaslıq (Avropa ölkələri üzrə), regionşünaslıq (ABŞ üzrə), regionşünaslıq (Yaxın və Orta Şərq ölkələri üzrə), tərcümə (ingilis dili), tərcümə (alman dili), tərcümə (fransız dili), tərcümə (ərəb dili), sosial iş ixtisasları üzrə tələbə qəbulu aparılıb", -BAU-dan bildirilib.

Chosen
27
2
azedu.az

3Sources