EN

Rusiyaya mgedən azərbaycanlılara bəd xəbər: Sentyabrın 1 dən rəsmən qadağan olunur

ain.az, News24 portalına istinadən məlumat yayır.

Sentyabrın 1-dən Moskvada miqrantlar xüsusi mobil tətbiq vasitəsilə onlayn şəkildə izləniləcək.

News24.az Rusiya mediasına istinadən xəbər verir ki, həmin tarixdən məsələ ilə bağlı 4 illik eksperimentə start veriləcək. 

Belə ki, Rusiyaya iş üçün vizasız rejimlə gələn miqrantlar öz telefonlarına “Amina” adlı xüsusi tətbiqi yükləməli olacaqlar. Bu tətbiq isə fasiləsiz olaraq miqrantların olduğu yer barədə məlumatları Rusiyanın Daxili İşlər Nazirliyinə ötürəcək. 

Məlumata görə, eksperimentin məqsədi miqrasiya sahəsində nəzarətin effektivliyini artırmaq və paytaxt regionunda qanunsuz miqrasiya səviyyəsinin azaldılmasıdır. 

Bununla yanaşı, 2029-cu ilə qədər davam edəcək sınaq bitdikdən sonra, onun ölkənin digər regionlarında da tətbiq edilməsi barədə qərar veriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
40
5
news24.az

6Sources