EN

4 ilin müqayisəsi: Ən çox boş plan yeri hansı ixtisas qrupunda qalıb?

Bu il plan yerləri 96,27% dolub. I ixtisas qrupu üzrə 92,25%, II ixtisas qrupu üzrə 98,12%, III ixtisas qrupu üzrə 99,80% DT və TC altqrupları üzrə baxsaq, TC üzrə 100% plan yerinin dolduğunu görə bilərik. IV ixtisas qrupu üzrə 95,39%, V ixtisas qrupu üzrə isə 96,84% plan yerləri dolub.

Ötən illər üzrə bu rəqəmlər neçə faiz təşkil edib?

Mövzu ilə bağlı AzEdu.az-ın əldə etdiyi məlumata əsasən 2024-cü ildə I ixtisas qrupu üzrə ümumilikdə 19 min990, II ixtisas qrupu üzrə 14 min 550, III ixtisas qrupunda 15 min 459, IV 4600 və nəhayət V ixtisas qrupu 5014 plan yeri ayrılıb.
 
Ali məktəblərə qəbulun I mərhələsinin nəticələrinə əsasən I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.
 
Qəbulun II turunda isə boş qalan plan yerlərinə ixtisas seçimi aparılıb. Seçimin nəticələrinə əsasən 528 nəfər ali məktəbə qəbul olunub.
 
Beləliklə, ali təhsil müəssisələrində I mərhələdən qalmış 2761 plan yerinin 528-i ikinci mərhələdə dolub. Nəticədə Universitetlərdə 2233 plan yeri boş qalıb.

2023-cü ildə müsabiqənin nəticələrinə əsasən 51941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 93.94% dolub. 

Plan yerləri ən çox ikinci ixtisas qrupunda dolub (98.35%). 

Ali məktəbə qəbulun I mərhələsindən sonra I ixtisas qrupu üzrə 1557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb.

2022-ci ildə ali məktəblərdə qruplar üzrə ümumilikdə 2451 (4,78%) plan yeri boş qalıb. Minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı isə 285-dir (2,78%).

I qrup üzrə vakant yerlərin ümumi sayı 327-dir (2,01%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı 7-dir (0,28%).

II qrup üzrə vakant yerlərin ümumi sayı 519-dur (4,30%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yer yoxdur.

III qrup üzrə vakant yerlərin ümumi sayı 1010-dur (6,75%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı 127-dir (4,92%).

IV qrup üzrə vakant yerlərin ümumi sayı 286-dır (7,19%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı 151-dir (13,92%).

V qrup üzrə vakant yerlərin ümumi sayı 309-dur (7,71%). 

2021-ci ilin müsabiqə nəticələrinə əsasən 44861 nəfər (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Belə ki, ali məktəbə qəbulun I mərhələsindən sonra I ixtisas qrupu üzrə 13.2%, II ixtisas qrupu üzrə 14.59%, III ixtisas qrupu üzrə 1.32%, IV ixtisas qrupu üzrə 9.87%, V ixtisas qrupu üzrə isə 9.54% plan yeri boş qalıb. 

Son 4 ilin müqayisəsinə əsasən, ən çox boş qalan ixtisas qrupu I və IV qruplar olub. Ən yüksək plan yeri doldurma göstəricisi isə III ixtisas qrupu üzrə müşahidə edilib (DT və TC altqruplarında 99,80%, xüsusilə TC üzrə 100%). II ixtisas qrupu isə ən sabit və daimi yüksək doldurulma səviyyəsinə malik olub (2024-cü ildə 98,12%). Bu isə göstərir ki, qəbul planlaşdırılması və ixtisas seçimi zamanı bəzi qruplarda tələb-təklif balansı hələ də fərqli olaraq qalır.

Chosen
29
azedu.az

1Sources