ain.az, Idmanxeber.az portalına istinadən məlumat verir.
Misli Premyer Liqasının növbəti turunda diqqətlər Bakıya yönələcək. Çempionatda uğursuz start verən iki komanda – “Neftçi” və “Turan Tovuz” üz-üzə gələcək.
Hər iki klub son oyunlarda azarkeşlərini sevindirə bilməyib. “Neftçi” ardıcıl xal itkiləri ilə mövsümə istədiyi kimi başlamadı. Tovuz təmsilçisi isə zəif nəticələrlə azarkeşləri məyus edir.
Məlumata görə, bu qarşılaşma hər iki komandanın baş məşqçisi üçün də son şans ola bilər. Hər iki klub rəhbərliyinin uğursuz nəticələrdən ciddi narazılığı var və məğlub olacaq komandanın çalışdırıcısı üçün təpkilər daha da böyüyəcək.
Azarkeşlər sosial şəbəkələrdə həm “Neftçi”, həm də “Turan Tovuz”un oyununu tənqid edərək dəyişikliklərin vacibliyini vurğulayır. Bu səbəbdən qarşıdakı duel yalnız xal uğrunda mübarizə deyil, həm də baş məşqçilərin taleyini müəyyənləşdirəcək vacib görüş ola bilər. Bu, az da olsa, ehtimaldır.
Qarşılaşma Premyer Liqadakı gedişata təsir etməklə yanaşı, hər iki klubun daxili vəziyyətinə də aydınlıq gətirəcək.
“Neftçi” – “Turan Tovuz” matçının nəticəsinin cari mövsümün ilk baş məşqçi ayrılığına səbəb olub-olmayacağı barədə dəqiq fikir bildirmək olmur. Ancaq Premyer Liqanın III turunda keçiriləcək bu oyun Samir Abasovla Kurban Berdiyev üçün həyati önəm daşıyır.
Fərid Nəsibov / İdmanxeber.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.