EN

"Putin Ukraynada hədəflərinə nail ola bilmədi"- Mehman İsmayılov

"Putin Ukraynada hədəflərinə nail ola bilmədi".

Politoloq Mehman İsmayılov bu sözləri News365.az-a açıqlamasında deyib. 

O, bildirib ki, istər atəşkəs, istərsə də sülh danışıqları çərçivəsində Ukraynanın Donetsk və Luqansk vilayətlərini Rusiyaya güzəştə getməsi belə Moskvanın qələbəsi hesab oluna bilməz.

Onun sözlərinə görə, bunu ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası da, Avropa liderləri də yaxşı anlayır:

“Putin nə denazifikasiya, nə də dövlətin zəiflədilməsi planını reallaşdıra bildi. Müharibənin əvvəlində Ukraynanın 200 minlik ordusu var idisə, bu gün 1 milyonluq orduya sahibdir. Rusiya əvvəlcə enerji infrastrukturuna zərbə endirməməkdən danışırdı, amma bu sadəcə oyundan ibarət idi”.

Mehman İsmayılov qeyd edib ki, Kreml Ukraynanın mülki infrastrukturuna ağır zərbələr endirməklə xalqın iradəsini qırmaq, Kiyevi məcburi siyasi sövdələşməyə yönləndirmək istəyir:

“Amma artıq hər kəs anlayır ki, Ukraynanı ram etmək istəyən Putin hakimiyyəti həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan uduzub. Bu gün 1279 gündür ki, müharibə davam edir və Ukrayna xalqı, eləcə də Prezident Zelenski müstəqil dövlət kimi ayaqda qalmağı bacarıb. Tarix də bunu təsdiqləyib”.

Chosen
26
news365.az

1Sources