EN

Ukrayna millisi Bakıya gətirəcəyi heyəti açıqlayıb

Ukrayna yığmasının DÇ-2026-nın seçmə mərhələsində Fransa və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

"Cebheinfo.az" AFFA-ya istinadən xəbər verir ki, baş məşqçi Sergey Rebrov D qrupu çərçivəsində sentyabrın 5-də Vrotslavda Fransa, 9-da isə Bakıda Azərbaycan millisinə qarşı baş tutacaq matçlara 25 futbolçu dəvət edib.

Qapıçılar: Andrey Lunin (“Real”, İspaniya), Anatoli Trubin (“Benfika”, Portuqaliya), Dmitro Rıjnik (“Şaxtyor”);

Müdafiəçilər: İlya Zabarnı (PSJ, Fransa), Aleksandr Svatok (“Ostin”, ABŞ), Valeri Bondar, Mikola Matvienko, Yuxim Konoplya (hamısı “Şaxtyor”), Taras Mixavko, Aleksandr Timçik (hər ikisi “Dinamo”), Vitali Mikolenko (“Everton”, İngiltərə);

Ehtiyat heyət: Georgi Buşan (“Əl-Şabab”, Səudiyyə Ərəbistanı), Boqdan Mixayliçenko (“Polissya”), Yevgeni Çeberko (“Kolambus Kryu”, ABŞ), Aleksandr Pixalonok, Vladimir Brajko, Nazar Voloşin (hamısı “Dinamo”).

Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

"Cebheinfo.az" 

Chosen
42
23
cebheinfo.az

10Sources