EN

I Liqa klubu baş məşqçisi istefaya göndərdi

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Baku Sportinq” baş məşqçisi Elman Sultanovla yollarını ayırıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Buzovna təmsilçi təcrübəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Klubun mətbuat sözçüsü Araz Əhmədov saytımıza xəbəri təsdiqləyib: "Hazırda Elman müəllim komandanın məşqlərində iştirak etmir. O, PRO kursunu oxuduğu üçün gələ bilmir. Köməkçisi Toğrul Əhmədovla isə yollar ayrılıb. Belədə komandanı başsız qoya bilmərik". 

Xatırladaq ki, qəsəbə təmsilçisi iki ildir komandanın sükanı arxasında olan Elman Sultanovla apreldə 5 illik müqavilə imzalamışdı.

I Liqada yeni mövsümün startına iki həftə qalıb. "Baku Sportinq" mövsümün start oyununda "Difai"ni qonaq edəcək.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
1
fanat.az

2Sources