EN

Yasamalda oğurluq edən keçmiş məhkum yaxalanıb


Yasamal rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında paytaxt sakininin evindən 10 min manat oğurlayıblar. Bu barədə zərərçəkən polisə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən mətbuata verilən məlumatda bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 34 yaşlı Ü.Qasımov və 24 yaşlı N. Qəmbərov saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Chosen
21
20
baki-xeber.com

10Sources