EN

“Sədərək”dəki yanğınla bağlı cinayət işi BAŞLANILDI

“Sədərək” Ticarət Mərkəzi ərazisində baş verən yanğınla bağlı cinayət işi başlanılıb.

News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsində yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır.

Hazırda yanğınla bağlı müvafiq ekspertizalar təyin edilib.

“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş obyektdə baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2 maddəsi (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi açılıb, istintaq gedir.

Chosen
53
2
news24.az

8Sources