EN

Azərbaycanın Türkiyədəki səfiri Mehriban Əliyevanı təbrik etdi

BAKI, 26 avqust. TELEQRAF

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə Rəşad Məmmədova "X" platformasında paylaşım edib.

"Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Onun ölkəmizin inkişafı üçün göstərdiyi misilsiz xidmətlər, xeyirxahlıq missiyası və mədəniyyətimizin dünyaya tanıdılması yolunda gördüyü işlər hər kəs üçün nümunədir. Mehriban xanımın fəaliyyəti həm milli, həm də beynəlxalq miqyasda dərin rəğbətlə qarşılanır.

Səmimi təbriklərimizi çatdırır, Mehriban xanıma möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq",-paylaşımda qeyd olunub.

Chosen
10
6
teleqraf.com

6Sources