EN

O, Azərbaycanın ən yaşlı tələbəsi oldu

Yazını böyüt
Yazını kiçilt

Bu il ali məktəbə qəbul olan abituriyentlər arasında yaşı digər tələbələrdən xeyli fərqlənən namizədlər də var. Onlardan biri Vəfa Cəfərovadır və o, 55 yaşında subbakalavr kimi Sumqayıt Dövlət Universitetinə qəbul olunub.

Hafta.az xəbər verir ki, Vəfa xanım AzEdu.az-da təəssüratlarını bölüşüb.

"Təbii ki, bu yaşda qəbul olma xəbərini eşidən zaman sevindim. Lakin çox istərdim ki, əyani deyil, qiyabi təhsil alım. Hazırda işlədiyim üçün bu, mənə bir az çətinliklər yaradacaq. Özüm “Azəriqaz” İstehsalat Birliyində işləyirəm. İndi isə SDU-da neft-qaz mühəndisliyi ixtisası üzrə təhsilimi davam etdirəcəyəm. Daha əvvəl kollecdə oxumuşam. 1987-ci ildə Bakı Politexnik Texnikumunda təhsil almışam. 2019-cu ildə bir layihə ilə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul oldum. 2024-cü ildə oxuduğum ixtisas nazirlik tərəfindən təsdiq olunmadığı üçün məni kollecə yönləndirdilər. 94 bal toplamışam, 3 bal attestat balımdır. Oxumaq çətin bir şey deyil. Məqsədin varsa, əlbəttə, bir gün uğur qazanarsan".

Chosen
74
hafta.az

1Sources