EN

Ukrayna təhlükəsizlik zəmanəti müqabilində Donbasdan imtina edəcək? - Rusiya iki əsas tələbindən geri çəkildi...


Ukrayna ABŞ da daxil olmaqla, Qərb ölkələrinin təhlükəsizlik zəmanəti müqabilində nəzarət etdiyi Donbas bölgəsindən qoşunlarını çıxarmağa razılaşa bilər. “New York Times” qəzetiUkrayna rəsmilərinə və siyasi analitiklərə istinadən bildirir ki, prezident Zelenski yalnız möhkəm təhlükəsizlik təminatları olduqda belə bir addım atacaq.

Vurğulanır ki, təhlükəsizlik təminatları son dərəcə güclü olmalıdır: “Təminatlar əhəmiyyətli olmalıdır, məsələn, Ukrayna ərazisinə Avropa kontingentinin yerləşdirilməsi və Rusiyanı gələcək hücumlardan çəkindirmək üçün ABŞ-ın hava dəstəyindən istifadə edilməsi”.

Bu bəyanatlar Ukraynanın ərazi bütövlüyünün yalnız Qərb ölkələrinin konkret hərbi öhdəlikləri ilə müdafiə oluna biləcəyi fikrini əks etdirir.

Ukraynanın keçmiş xarici işlər naziri Vadim Pristayko isə belə bir razılaşmanı “ölkənin qəbul etməli olacağı zəhərli həb” kimi qiymətləndirib.

“The New York Times” iddia edir ki, Ukrayna Qərbin təhlükəsizlik zəmanəti müqabilində sülh sazişi üçün ərazi güzəştləri imkanını nəzərdən keçirir.

Bu arada, ABŞ-ın vitse-prezidenti Vens deyib ki, avqustun 15-də Alyaskada keçirilən danışıqlarda Rusiya tərəfi üç il yarım ərzində ilk dəfə olaraq Ukrayna münaqişəsində “əhəmiyyətli güzəştlərə” hazır olduğunu bildirib.

Vance qeyd etdi ki, ruslar həqiqətən də bəzi əsas tələblərində güzəştə hazırdırlar. Onun sözlərinə görə, Rusiya hər məsələdə güzəştə getməsə də, iki əsas məqamdan geri çəkilib. Belə ki, ruslar Ukraynanın müharibədən sonra ərazi bütövlüyünü qoruyacağını qəbul edib. Kiyevdə əvvəldən əsas tələblərindən biri olan marionet rejim qura bilməyəcəklərini də qəbul ediblər.

TAHİR

Chosen
20
baki-xeber.com

1Sources