EN

Bu ölkədə deputat qadını qaçırdığına görə axtarışa verildi

ain.az xəbər verir, News24 saytına əsaslanaraq.

Primorsk vilayətinin Qanunvericilik Məclisinin keçmiş deputatı Ruslan Manokonov və onun dostları axtarışa verilib. 

News24.az xəbər verir ki, onlar adam oğurlamaqda şübhəli bilinirlər

Kanalın məlumatına görə, hər şey Krımda "Terrasa" kafesində baş verən münaqişə ilə başlayıb.

Bu dava zamanı Manokonov Xabarovsk sakini tərəfindən bıçaqlanıb və xəstəxanaya yerləşdirilib. Güman edilir ki, onun dostları cinayətkardan qisas almaq qərarına gəliblər. Əvvəlcə onun avtomobilini yandırıblar, sonra isə arvadını qaçırıblar.

Faktla bağlı cinayət işi açılıb.

Aqil

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
news24.az

2Sources