EN

“Neftçi” Premyer Liqa klubundan ayrılan məşqçiyə mühüm iş təklif etdi - SON DƏQİQƏ

Bugünlərdə «Zirə»dən ayrılan Eltun Yaqublu «Neftçi»dən dəvət alıb. «Ağ-qaralar»ın rəsmiləri Rəşad Sadıqovun keçmiş köməkçisi ilə əlaqə saxlayaraq, onu iş təklifi edib. Gənc mütəxəssisdən burada seleksiya fəaliyyəti ilə məşğul olması istənilib. Yaqublu razılaşarsa, əsas komandanın transfer siyasətinin konturlarını müəyyənləşdirəcək. Bunun üçün ona yüksək əməkhaqqı vəd olunub.
E.Yaqublu 2020-ci ildən Rəşad Sadıqovun məşqçilər heyətində yer alırdı. 33 yaşlı yardımçı ilə qəsəbə təmsilçisi arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
SPORTİNFO.AZ

Chosen
25
sportinfo.az

1Sources