EN

Tarixi bölgədən tarixi mesaj: Qılınc qınından çıxarsa...

Malazgirt Zəfərinin 954-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan "Terrordan Azad Türkiyə" prosesi ilə bağlı mühüm mesajlar verib.

Turkustan.az xəbər verir ki, prezident vurğulayıb ki, Türkiyə yalnız öz vətəndaşları üçün deyil, Suriyadakı kürdlər də daxil olmaqla bütün bölgə xalqları üçün təhlükəsizliyin və rifahın qarantıdır:

"Türkiyə Suriyadakı bütün qardaş xalqlar kimi kürdlərin də təhlükəsizliyinin, sülhünün və rifahının təminatçısıdır. Ankara və Şama üz tutanlar qalib gələcək; qardaşlıq və qonşuluq hüquqlarını müdafiə edənlər qalib gələcək. Xarici himayədarlara bel bağlayanlar isə uduzacaqlar," – deyə, o bildirib.

Ərdoğan bölgədə davamlı sülh və sabitliyin ancaq dialoq və diplomatiya yolu ilə mümkün olduğunu vurğulayıb:"Qılınc qınından çıxarsa, qələmə və sözə yer qalmaz. Biz regionda problemlərin sülh yolu ilə, qarşılıqlı hörmət əsasında həllini istəyirik. Türk, ərəb, kürd – biz bu torpaqlarda qiyamətə qədər birlikdə yaşayacağıq," – deyə, o əlavə edib.

Ərdoğan çıxışında həmçinin Türkiyənin 100 illik yubileyini böyük, güclü və terror təhlükəsindən tam azad olunmuş bir dövlət olaraq qeyd edəcəklərini bildirib:

"Biz Sultan Alp Arslanın və Səlahəddin Eyyubinin varisləri olaraq bu tarixi mərhələni təkcə Türkiyə üçün deyil, bütün bölgə üçün dönüş nöqtəsinə çevirmək niyyətindəyik. Parçalanma yox, qardaşlıq nəğmələri oxuyacağıq. Itkilərimizə kədərlənəcəyik, lakin birlik və bərabərlik içində qazandığımız uğurların bayramını coşqu ilə qeyd edəcəyik."

Prezident çıxışının sonunda ölkənin təhlükəsizliyi uğrunda çalışan hərbçilərə, xüsusilə də "Mehmetçik"lərə minnətdarlığını bildirib və bütün vətəndaşları birlik və həmrəyliyə çağırıb:

" Bu millətin tərəqqisində əməyi olan hər kəsi minnətlə anıram. Allah yardımçımız və yoldaşımız olsun."

Aytən Yaşar/ Turkustan.az

Chosen
22
turkustan.az

1Sources