ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına fotoşəkillər göndərib. Hadisə müxtəlif vaxtlarda 10 may küçəsində qeydə alınıb. Fotodan göründüyü kimi, 77-XN-863 dövlət nömrə nişanlı “DAF” markalı yük maşınının sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacağında park edib. Nəticədə o, avtobusların dayanacağa daxil olmasına əngəl törədib. İzləyicinin iddiasına əsasən, yük maşınının sürücüsü demək olar ki, hər gün dayanacağı zəbt edir.
Qeyd edək ki, qanunvericiliyə əsasən sürücülər avtomobillərini avtobus dayanacağından 15 metr kənarda saxlaya bilərlər.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.