EN

Xocavənd və Ağdərədə yanğın: aviasiya cəlb olundu - Video

Xocavənd və Ağdərə rayonlarında baş verən yanğınların söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

Bu barədə Axar.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, küləkli hava şəraiti Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində baş verən yanğınlarla mübarizəni çətinləşdirir, lakin yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Chosen
8
21
axar.az

10Sources