EN

"Atom bombası hazırlamaq istəyirdik, lakin gizli saxlaya bilmədik" - İrandan bomba etiraf...


ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində İran parlamentinin keçmiş vitse-spikeri Əli Mütəhhərinin yer aldığı və İslam Respublikasının #nüvəbombası yaratmaq istəyindən birbaşa bəhs edən video yayımlayıb.

"Azad İran" Telegram kanalı xəəbər verir ki, videoda Mütəhhəri iddia edir ki, İranın nüvə proqramının ilkin məqsədi çəkindirici qüvvə yaratmaq olub: “Biz bomba hazırlamaq istəyirdik, lakin bunu gizli saxlaya bilmədik... Biz yolu axıradək getməliyik".

Tramp videonu paylaşdıqdan sonra İran mediası buna sərt reaksiya verib və Mütəhhərinin açıqlamalarını “məsuliyyətsiz” və təhlükəli adlandırıb.

“Narahat dil sindromu” sərlövhəli məqalədə dəqiq məlumat olmadan keçmiş deputatı “boş danışığa" görə qınayıb və ona bu cür sözlərin real nəticələri ola biləcəyini xatırladıb.

O, özü sonradan dediklərindən yayınmağa çalışaraq "X" hesabında müsahibəni verərkən parlamentdə heç bir vəzifə tutmadığını və nüvə sahəsi ilə bağlı olmadığını yazıb.

ZÜMRÜD

Chosen
18
baki-xeber.com

1Sources