EN

Paşinyan Vaşinqton öhdəliyi üçün ilk nədən başlayacaq?


Mətləb Salahov: “Erməni baş nazir Azərbaycanla Sülh Müqaviləsinin açarı kimi ilk addımı Konstitusiya dəyişikliyi ilə başlamalıdır”

“Nikol Paşinyan Vaşinqtonda üzərinə götürdüyü öhdəlikləri reallaşdırmaq üçün ilkin addımlar atmağa hazırlaşır. Hər halda Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbulunun ildönümündə baş nazir Nikol Paşinyanın açıqladığı fikirlər və nə etmək istədiyini dilə gətirməsi bunu deməyə əsas verir. Məncə N.Paşinyan həm Azərbaycanla Sülh müqaviləsi imzalamaq üçün, həm də artıq yüz ildən çoxdur ki, erməni ictimai şüuruna ağır xəstəlik kimi daxil olan daşnak düşüncəsini birdəfəlik məhv etmək üçün ilk əvvəl Konstusiyasiya dəyişikliyinə əl atmalıdır. Çünki məhz Konstitusiyadakı işğalçılıq müddəaları erməni cəmiyyətini daşnak və işğalçılıq şüuru ilə “qidalandırır”. Əgər N.Paşinyan əsaslı dəyişiklik etmək və Ermənistanı on illiklərdir ki, faşist cəngində saxlayan revanşist siyasətdən yaxa qurtarmaq istəyirsə o zaman daşnak ideologiyası üçün heç bir hüquqi tutanaq saxlamamalıdır.”
Bu fikirləri “Bakı Xəbər” saytına açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Ermənistandakı iylənmiş çoxəsrılik xəstə streotipləri sındırıb məhv etmək üçün ilk əvvəl başdan-ayağa Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə dolu olan bu sənəd tarixin zibilliyinə atılmalıdır.
“Diqqət edin, erməni baş nazir bəyan edib ki, Müstəqillik Bəyannaməsinin müddəaları Qarabağ ətrafındakı separatçılıq hərəkatının əsasını qoyub. Baş nazir açıq-aşkar erməni cəmiyyətinə mesaj verir ki, bu ideologiyadan imtina ölkənin müstəqilliyini qorumaq, hazırkı geopolitik dəyişikliklər fonunda Ermənistanı mühüm layihələrə qoşmaq və iqtisadi bataqlıqdan çıxarmaq üçün olduqca vacibdir.
Ən əsası Azərbaycanla Sülh Müqaviləsi imzalamaq üçün ərazi iddiaları ilə dolu maddələri tarixin zibilliyənə atmaq laızmdır ki, iki ölkə arasında normal münasibətlər üçün ilk addım atılsın. Bunu Ermənistanda iqtidarlı-müxalifətli hər kəs əla dərk edir.”

Namiq Quliyev

Chosen
25
2
baki-xeber.com

3Sources