EN

Qırğızıstanda müəllim çatışmazlığı hökm sürür

Qırğızıstanın Təhsil Nazirliyinin müavini Nadira Cüsubbekova, 26 avqust 2025-ci il tarixində keçirdiyi mətbuat konfransında ölkədə müəyyən fənlər üzrə ciddi müəllim çatışmazlığının mövcud olduğunu bildirib. Xüsusilə riyaziyyat, rus dili və tarix fənlərində müəllim qıtlığı müşahidə olunur.

AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, bu problemi həll etmək məqsədilə hökumət bir sıra tədbirlər həyata keçirir. Məsələn, müəllimlərin əməkhaqqılarının artırılması, tədris proqramlarının müasirləşdirilməsi və yeni müəllimlərin cəlb edilməsi üçün təşviqat kampaniyaları təşkil edilir.

Əlavə olaraq, Qırğızıstanın paytaxtı Bişkekdə də təxminən 300 müəllim çatışmazlığı mövcuddur. Bişkek şəhər administrasiyası və nazirlik bu boşluqları doldurmaq üçün fəal şəkildə işlər görürlər.

Chosen
4
azedu.az

1Sources