ABŞ-ın məşhur aviaşirkəti “Southwest Airlines” yanvarın 27-dən etibarən yeni qaydalar tətbiq edəcək.
Publika.az xəbər verir ki, qərara əsasən, oturacağa sığmayan sərnişinlər artıq iki oturacaq üçün ödəniş etməyə məcbur olacaq.
Yeni qayda çərçivəsində əvvəlcədən əlavə oturacaq almayan sərnişinlərdən hava limanında əlavə bilet almaları tələb olunacaq. Uçuş dolu olarsa, sərnişin başqa reysə yönləndiriləcək.
“Southwest”in uzun müddətdir pulsuz oturacaq seçimi və pulsuz baqaj kimi avantajları ilə rəqiblərindən fərqləndiyini qeyd edən ekspertlər, şirkətin bu addımı ilə üstünlüyünü itirdiyini vurğulayırlar.