EN

Avqustun 27-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sabahın – avqustun 27-nin hava proqnozu bəlli olub.

Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən isə yağmursuz keçəcəyi gözlənilir.

Səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal edilir. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Paytaxtda gecə 20-24, gündüz isə 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759-dan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət isə gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin gündüz saatlarında bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış, şimşək, hətta dolu müşahidə oluna bilər. Dağlıq ərazilərdə gecə və səhər duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39 dərəcə, dağlarda isə gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

DOĞRU.AZ

Chosen
78
49
dogru.az

10Sources