EN

Həmzət Çimayevə 150 min manatlıq avtomobil hədiyyə olundu - VİDEO

BAKI, 26 avqust. TELEQRAF

Rusiyalı bloqçu Mixail Litvin orta çəki dərəcəsində UFC çempionu Həmzət Çimayevə bahalı hədiyyə verib.

Teleqraf xəbər verir ki, çeçen döyüşçüyə 1980-ci il istehsalı olan "Rols-Roys" avtomobili bağışlanılıb.

Avtomobilin dəyərinin 150 min manata yaxın olduğu bildirilir.

Qeyd edək ki, Həmzət Çimayev avqustun 17-də keçirilən UFC 319 turnirinin əsas döyüşündə Drikus dü Plessisi məğlub edərək orta çəkidə çempion olub.

Chosen
12
3
teleqraf.com

4Sources