“Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti İctimai Birliyinin sabiq sədri, “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, T.Xanəliyev 70 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. Sözügedən cəmiyyətin əsas məqsədi tələbə və gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafına dəstək vermək olub. Təqsirləndirilən şəxs idman tədbirləri və yarışlar üçün ayrılmış pulları şəxsi mənafeyinə sərf edib.
Mənimsəmə cinayətində istintaq orqanının əsas məqsədi dəymiş ziyanın ödənilməsidir. Bu işlə bağlı da 70 min manatlıq ziyanın 40 mini ibtidai istintaq vaxtı ödətdirilib.