Avqustun 26-dan 2025–2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən 39 lisey və gimnaziyada II mərhələ seçimlərinə başlanılıb.
Təhsil İnstitutundan Operativ Media-ya bildirilib ki, II mərhələ yalnız 1-ci seçim turundan sonra boş qalan yerlər üçün nəzərdə tutulur.
Seçimlər şagirdlərin elektron yerdəyişmə portalında “İmtahanlar” bölməsinə daxil olaraq edilə bilər. Bu mərhələdə hər bir şagirdə 2 seçim imkanı təqdim olunur.
II mərhələ üzrə seçimlərdə:
- İmtahanda 10 və daha yuxarı bal toplayan;
- I mərhələdə seçim edib, lakin qəbul olmayan;
- I mərhələdə seçim edib qəbul olan, lakin nəticəni təsdiqləməyən, imtina edən və ya sənədlərini qəbul olunduğu müəssisəyə təqdim etməyən;
- I mərhələdə ümumiyyətlə seçim etməyən şagirdlər iştirak edə bilərlər.
II mərhələ üzrə seçim prosesi 27 avqust saat 23:59-da başa çatacaq.
Qeyd edək ki, III mərhələ nəzərdə tutulmayıb.