Yay transfer pəncərəsində “Lester”dən ayrılan təcrübəli hücumçu Ceymi Vardi karyerasını A Seriyasında davam etdirmək variantını nəzərdən keçirir.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı forvardla maraqlanan klub “Kremoneze”dir. Artıq tərəflər arasında ilkin danışıqlara start verilib.
Vardi 2012–2025-ci illərdə “Lester”in şərəfini qoruyub. Ötən mövsümdə Premyer Liqada 35 matçda meydana çıxan ingilis hücumçu 9 qol və 4 assistlə yadda qalıb.
Hazırda o, azad agentdir.