EN

Nazirlər Kabinetində xüsusi iclas.. Əli Əsədov çıxış edib (Yenilənir)

ain.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclası keçirilir.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda hökumət üzvləri iştirak edirlər.

İclasda çıxış edən Baş nazirin sözlərinə görə, Prezident İlham Əliyevin bütün dünyanın diqqət mərkəzində olan triumfal Vaşinqton səfəri Azərbaycanın beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini daha da gücləndirməklə yanaşı, regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni perspektivlər açır:

"Prezident İlham Əliyevin dünyanın ən qüdrətli dövlətinin paytaxtı Vaşinqtonda, Ağ Evdə Prezident Donald Tramp tərəfindən böyük hörmət və ehtiramla ən ali səviyyədə qarşılanması, dövlət başçımıza göstərilən xüsusi rəğbət, səmimiyyət və yüksək qonaqpərvərlik, ABŞ dövlət başçısının Ağ evin rəmzi açarını Azərbaycanın dövlət başçısına təqdim etməsi Amerika Prezidenti tərəfindən Prezident İlham Əliyevin şəxsiyyətinə və liderliyinə xüsusi münasibətin parlaq ifadəsidir”.

Ə.Əsədov bəyan edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun döyüş meydanında qazandığı zəfərlər və Azərbaycanın təşəbbüskarı olduğu sülh Vaşinqtonda, ABŞ prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi.

***

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli sammitin yekununda imzalanmış Birgə Bəyannamə Azərbaycanın irəli sürdüyü və uzun illər ərzində təşviq etdiyi sülhün beynəlxalq səviyyədə geniş dəstək qazandığını və rəsmən qəbul olunduğunu nümayiş etdirir.

Bunu Baş nazir Əli Əsədov hökumətin Azərbaycan Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib.

“Birgə Bəyannamə çox əhatəli bir sənəd olmaqla təkcə iki ölkənin uzun illər davam edən silahlı qarşıdurmasına son qoyan sənəd deyil, həm də Azərbaycan xalqının tarixi ədalət uğrunda mübarizəsinin nəticəsi, dövlətimizin siyasi-diplomatik gücünün və beynəlxalq nüfuzunun ifadəsidir”, - o deyib.

Baş nazir qeyd edib ki, illərdən bəri kağız üzərində qalmış BMT qətnamələrini özü həyata keçirmiş, haqq-ədaləti hərb yolu ilə, şəhidlərinin qanı hesabına bərpa etmiş Azərbaycan Ermənistanla sülh müqaviləsinin müəllifi kimi çıxış edərək, münaqişənin siyasi müstəvidə də nöqtəsini qoyub: “Birgə Bəyannamədə yer alan mühüm müddəalardan biri regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlıdır. Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə qətiyyətlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Bütün çətinliklərə, fikir ayrılıqlarına və müxtəlif mövqelərə baxmayaraq Azərbaycan Prezidentinin bu tələbi də Ermənistan tərəfindən qəbul edildi”.

Ə.Əsədov bəyan edib ki, Vaşinqtonda imzalanmış sənəd açıq şəkildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və etibarlı əlaqənin təmin olunmasının vacibliyini vurğulayır: “Bu məqsəd üçün ABŞ tərəfindən dəstəklənən xüsusi infrastruktur təşəbbüsü – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRİPP) nəzərdə tutulur. Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionun iqtisadi və geosiyasi xəritəsində əhəmiyyətli dəyişiklik yaradacaq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
42
mia.az

10Sources