EN

Eldar Əzizov məmurları BŞİH yə topladı: nələr müzakirə olunub? Yeni tapşırıqlar verildi

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıqla bağlı geniş müşavirə keçirilib.

BŞİH-dən Mia.az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində şəhərin maddi-texniki bazası güclənib, paytaxt yeni inkişaf mərhələsinə qədəm qoyub.

Onun sözlərinə görə, bu gün strukturlar öz funksional vəzifələrindən asılı olmayaraq vahid orqanizm kimi çalışmalıdırlar. Mövcud imkanlar daha səmərəli və əlaqəli fəaliyyət göstərməyə şərait yaradır və qarşıdan gələn mövsümə hazırlıq işləri də bu yanaşma ilə icra olunmalıdır.

İclasda paytaxtda aparılan abadlıq-quruculuq, kommunal xidmətlər, yaşıllaşdırma işlərinin mövcud vəziyyəti müzakirə olunub və bu işlərin sürətləndirilməsi tapşırılıb.

Sonda müşavirə iştirakçılarına mövcud çatışmazlıqların aradan qaldırılması, payız-qış mövsümünə hazırlıq, abadlıq-quruculuq və təmizlik işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
40
mia.az

10Sources