ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan cari ilin yanvarın sonunadək, Donald Tramp administrasiyası fəaliyyətə başlayanadək və keçmiş administrasiya dövründə sülh sazişinin müəyyən müddəaları ilə bağlı öhdəliklərə razılıq vermirdi. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bunlar sərhəddə hansısa üçüncü tərəf qüvvələrinin yerləşdirilməməsi və məhkəmə iddialarının geri çəkilməsi ilə bağlı öhdəliklər idi. Ancaq Ermənistan sonradan mövqeyini dəyişdi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.