EN

Britaniya ilə ticarət əməliyyatlarımız 54 faiz artıb

Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Britaniya arasında ticarət əməliyyatlarının həcmi 886,3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 335,7 milyon ABŞ dolları və ya 54,3% çoxdur.

Hesabat dövründə Britaniya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,07%-i həcmində olub. Bununla da Britaniya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 6-cı yerdə qərarlaşıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Britaniyaya 215,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 182,9 milyon ABŞ dolları və ya 45,8% azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Britaniyadan Azərbaycana 670,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 518,4 milyon ABŞ dolları və ya 4,4 dəfə artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın, 13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
11
azpost.info

10Sources