EN

Aşiq olanda gözü heç kimi görməyən 4 BÜRC

Shownews portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bəzi bürclərin nümayəndələri sevəndə çox dərindən sevir.

AZXEBER.COM xəbər verir ki, bu barədə astroloq Rəşad Hacıyev sosial media hesabında paylaşım edib. O, ən çox sevən 4 bürcü açıqlayıb:

" 4-cü yerdə Qoç bürcü

Astroloqun sözlərinə görə, Qoçlar bir anda aşiq ola bilirlər. Onlar sevdiklərini əldə edənə qədər arxasınca gedirlər, lakin sonradan həvəsləri soyuyur. Buna baxmayaraq, həqiqətən dərin sevdikdən sonra asanlıqla əl çəkmirlər.

 3-cü yerdə Balıq bürcü

Balıqlar sevgi və eşqin simvolu sayılır. Onlar sevdikdən sonra qarşı tərəfə hədsiz fədakarlıq göstərir və özlərindən verirlər.

 2-ci yerdə Xərçəng bürcü

Xərçənglər də sevgiyə çox bağlıdırlar. Onlar hər kəsə aşiq olmur, amma sevdikdən sonra bu hissləri uzun müddət unutmurlar. Ailə və ev dəyərləri onlar üçün ön plandadır.

 1-ci yerdə Əqrəb bürcü

Astroloq qeyd edib ki, astrologiyada şübhəli və kindar kimi tanınan Əqrəblər sevəndə olduqca dərin hisslər yaşayırlar. Onlar sevməzdən əvvəl qarşı tərəfi sınaqlardan keçirirlər. Lakin həqiqətən sevdikləri zaman son dərəcə sahiblənici olur və bütün sevgilərini partnyorlarına həsr edirlər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
1
icma.az

2Sources