EN

Baş nazirin birinci müavini: Horadiz Ağbənd avtomobil yolunda işlərin 95% i tamamlanıb

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda işlərin 95%-i icra olunub".

Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Baş nazirin birinci müavini Şahin Mustafayev Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

O qeyd edib ki, Azərbaycan nəqliyyat potensialını reallaşdırmaq üçün bir sıra infrastruktur layihələri həyata keçirib:

"Ölkəmiz hazırda bu istiqamətdə yeni layihələr həyata keçirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu strategiyanın əsas sütunlarındandır".

Hökumət rəsmisinin sözlərinə görə, 110 kilometrlik Horadiz-Ağbənd dəmir yolu xəttinin 76 kilometri tamamlanıb:

"Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da inşası davam etdirilir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
7
oxu.az

8Sources