EN

Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir

2025–2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən 39 lisey və gimnaziyada 26 avqustun 26-da saat 15:00-dan etibarən II mərhələ seçimlərinə start verilir.

Tribunainfo.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Qeyd edək ki, II mərhələ yalnız birinci seçim turundan sonra boş qalan yerlər üçün nəzərdə tutulur.

Seçimlər şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) “İmtahanlar” bölməsinə daxil olaraq edilə bilər. Bu mərhələdə hər bir şagirdə iki seçim imkanı təqdim olunur.

II mərhələ üzrə seçimlərdə imtahanda 10 və daha yuxarı bal toplayan şagirdlər,I mərhələdə seçim edib, lakin qəbul olmayan, I mərhələdə seçim edib qəbul olan, lakin nəticəni təsdiqləməyən, imtina edən və ya sənədlərini qəbul olunduğu müəssisəyə təqdim etməyən, I mərhələdə ümumiyyətlə seçim etməyən şagirdlər iştirak edə bilərlər.

Məlumat üçün bildiririk ki, II mərhələ üzrə seçim prosesi avqustun 27-də saat 23:59-da başa çatacaq.

Qeyd edək ki, III mərhələ nəzərdə tutulmayıb.

Chosen
60
29
tribunainfo.az

10Sources