"Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda işlərin 95%-i icra olunub".
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, bunu Baş nazirin birinci müavini Şahin Mustafayev Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.
O qeyd edib ki, Azərbaycan nəqliyyat potensialını reallaşdırmaq üçün bir sıra infrastruktur layihələri həyata keçirib:
"Ölkəmiz hazırda bu istiqamətdə yeni layihələr həyata keçirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu strategiyanın əsas sütunlarındandır".
Hökumət rəsmisinin sözlərinə görə, 110 kilometrlik Horadiz-Ağbənd dəmir yolu xəttinin 76 kilometri tamamlanıb:
"Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da inşası davam etdirilir".