EN

“Real”ın keçmiş ulduzu Almaniyada oynayacaq

"Real"ın keçmiş ulduz müdafiəçisi Lukas Vaskes karyerasına Almaniyada davam edəcək.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

34 yaşlı oyunçu son Almaniya çempionu "Bayer"də topqovacaq. Azad agent olan Lukas yeni klubu ilə 2027-ci ilə qədər müqavilə imzalayacaq.

Qeyd edək ki, futbolçu 2007-ci ildən "Real"da çıxış edib. Komandanın heyətində 402 oyunda meydanda olub. Vaskes bu klubla 23 titul qazana bilib.

Tural
Milli.Az

Chosen
31
1
milli.az

10Sources