Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Deputat Fazil Mustafa təklif etmişdi ki, Formula-1 yarışları ilə yeni tədris ilinin başlaması yaxın günlərə təsadüf etdiyi üçün məktəblərdə dərslər 20 sentyabr tarixinə qədər təxirə salınsın. Bu təklif valideynlərdə çaşqınlıq yaratmışdı. Bununla bağlı heç bir rəsmi qərar olmasa da, tədris ilinin dəqiq hansı tarixdə başlayacağı qaranlıq olaraq qalırdı.
Avtosfer.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndiyevin sözlərinə görə, bu il 2025/2026-cı tədris ili 15 sentyabrdan başlanacaq:
“Formula-1 yarışları ilə əlaqədar tədris ilinin daha gec başlanacağı ilə bağlı səslənən fikirlər həqiqətə uyğun deyil. F1 Azərbaycan Qran Prisi 2025-ci il sentyabrın 19-da başlanacaq və 21 sentyabrda başa çatacaq. Tədris ili isə 15 sentyabrda başlanacaq. F-1 günlərində lokal məhdudiyyətlər olarsa, bu barədə müvafiq qurum tərəfindən növbəti ay tədris başlananda məlumat veriləcək. Hazırda belə bir qərar yoxdur”.(tribuna.info)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.