Abşeron rayonunun Xırdalan şəhərində yaradılan parkinq qiymətlərin yüksək olması ilə diqqət çəkib.
Bu barədə Ölkə.Az-a Xırdalan şəhər sakini məlumat verib.
Onun sözlərinə görə, sözügedən parkinq Xırdalanda polis idarəsinin yanında yerləşən "Araz" marketin qarşısındadır.
Şikayətçi bildirib ki, avtomobilini 4 saatlıq marketə məxsus parkinqdə saxlayıb.
Bu müddətə görə, 10 manat parkinq ödənişinin yazılması sürücünü mənfi mənada təəccübləndirib.
Bakı ÅŸÉ™hÉ™rindÉ™ “Azparkinq” parklanma mÉ™ntÉ™qÉ™lÉ™rindÉ™ 1 saat üçün ödÉ™niÅŸ 1 manat, “mall”lardakı dayanacaqlarda isÉ™ 2 manat təşkil edir. “Mall”ların parkinqindÉ™ avtomobili 3-5 saat aralığında saxladıqda isÉ™ parkinq qiymÉ™ti 8 manatdır.
Sürücü parkinqin Bakıdakı dayanma məntəqələri ilə müqayisədə "ən baha" adlandırıb.
Qeyd edək ki, Bakıda və Abşeronda fəaliyyət göstərən bir sıra böyük marketlərin özlərinə məxsus parkinq yerləri var və qiymət mülk sahibi tərəfindən tənzimlənir. Belə pakinqlərdə əsasən, müştərilər üçün ilk 2 saat ödənişsizdir.