EN

ABŞ-nin Azərbaycana investisiya qoyuluşu 19 milyard dollara yaxınlaşıb

1995-ci ildən 2025-ci ilin mart ayının sonuna qədər ABŞ Azərbaycana ümumilikdə 18,9 milyard dollar, o cümlədən neft-qaz sektoruna 17,4 milyard dollar, qeyri-neft-qaz sektoruna isə 1,5 milyard dollar investisiya qoyub.

"Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

Bundan başqa, onun sözlərinə görə, bu dövrdə ABŞ Azərbaycanın xarici ticarət dövriyyəsində 5-ci , o cümlədən idxalında 4-cü, ixracında isə 24-cü yeri tutub.

Nazir əlavə edib ki, Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin müqavilə-hüquq bazasını ötən dövrdə imzalanmış 87 sənəd təşkil edir.

"2007-ci ildə iki ölkə arasında əməkdaşlığın institusional mexanizmi kimi Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyası yaradılıb. Komissiyanın sonuncu (4-cü) iclası 2019-cu ilin mayın 17-də Bakıda keçirilib", - deyə o qeyd edib.

Chosen
4
3
report.az

4Sources