EN

Günəşdə ikinci ən böyük partlayış oldu

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Günəşdə əvvəlki iki ayda baş verən ən böyük partlayışa bərabər və sondan əvvəlki güc sinfinə aid yeni partlayış qeydə alınıb.

Milli.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.

"Günəşdə yeni güclü partlayış Bakı vaxtı ilə saat 9:25-də qeydə alınıb", - deyə məlumatda bildirilib.

Rentgen şkalasında hadisənin balı M4.52 təşkil edib. Tədqiqatçılar qeyd ediblər ki, gecə ərzində ulduzun aktivliyi artıb və mövcud tendensiyalardan çıxış edərək, 24 saat ərzində ən yüksək X səviyyəsini keçməlidir.

Bundan əlavə, alimlərin sözlərinə görə, sutka ərzində aktiv günəş mərkəzləri yerdəyişmə edib və onların bir hissəsi Günəş-Yer xəttindən 50 dərəcə məsafədə yerləşir. /Oxu.Az

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
9
news.milli.az

10Sources