EN

Ağstafada açıq ərazidə yanğın başladı

Ağstafada yanğın hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, yanğın rayonun Aşağı Göyvəli və Tatlı kəndlərində açıq ərazidə qeydə alınıb.

Hazırda sözügedən ərazilərdə açıq sahədə kol-kos yanır. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Chosen
7
6
metbuat.az

10Sources