EN

İsmayıl Bəqayi: Bakı və İrəvan üçün ən səmərəli yol budur

“3+3 çərçivəsi region ölkələri və Cənubi Qafqaz ətrafında məsləhətləşmələr üçün uzunmüddətli çərçivədir”.

Bakues.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Diplomat bu formatda region ölkələri arasında bir sıra görüşlərin keçirildiyini xatırladıb.

“Bu, region ölkələri, o cümlədən Azərbaycan və Ermənistan arasında mübahisələrin həllinə kömək edən regiondaxili mexanizm kimi özünü doğrultmuş mexanizmdir. Bu gün bölgə ölkələri keçmişdə olduğundan daha çox belə qənaətə gəliblər ki, onlar bu mexanizmləri aktiv saxlamalı və mübahisələrin həlli üçün, eləcə də trans-regional aktorların müdaxiləsi və fəaliyyətləri fonunda onların daha səmərəli olmasına çalışmalıdırlar”, – Bəqayi qeyd edib.

Nazirliyin sözçüsü əlavə edib ki, İran Prezidenti Məsud Pezeşkian avqustun 25-də rusiyalı həmkarı Vladimir Putinlə telefin danışığı zamanı bu mexanizmin səmərəli və effektiv formada olduğunu bir daha vurğulayıb.

Xatırladaq ki, Cənubi Qafqaz üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı alqışlayıb, Ermənistan da bu formata qoşulub. Gürcüstan Rusiyaya görə bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb.

Chosen
28
5
icma.az

6Sources