EN

Azərbaycan 2027–2030-cu illəri əhatə edəcək yeni sosial-iqtisadi strategiya hazırlayır

Azərbaycan hökuməti 2027–2030-cu illəri əhatə edəcək yeni sosial-iqtisadi inkişaf strategiyası üzərində işləyir. Bu barədə Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasın yekununda bildirib.

Əsədov xatırladıb ki, Prezidentin 2021-ci ildə təsdiqlədiyi Milli Prioritetlər əsasında hazırlanmış 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası uğurla icra olunur.

Onun sözlərinə görə, hazırda dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılmasıdır.

Gülnar

Chosen
42
12
anews.az

10Sources