Ağstafada yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, yanğın rayonun Aşağı Göycəli və Tatlı kəndlərində açıq ərazidə qeydə alınıb.
Hazırda sözügedən ərazilərdə açıq sahədə kol-kos yanır. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.