EN

Qırğızıstanda son 24 saat ərzində 4,1 bal gücündə ikinci zəlzələ baş verib

Qırğızıstanda son 24 saat ərzində ikinci dəfə 4,1 bal gücündə zəlzələ baş verib.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Batken şəhərində yerləşib.

Seysmik hadisə Daşkənd vaxtı ilə saat 15:31-də qeydə alınıb. Zəlzələnin episentrində 5 bal, Özbəkistanın Fərqanə vilayətində (Qırğızıstanla sərhəddə) 2 bal gücündə hiss olunub.

"Zəlzələnin episentrindən Daşkəndə qədər olan məsafə cənub-şərq istiqamətində 287 km-dir. Dərinliyi 10 km-dir", - departamentin Telegram-kanalında deyilir.

Chosen
3
aznews.az

1Sources