Aktual.az xəbər verir ki, bu barədə "Kommersant” nəşri Rusiya İstintaq Komitəsindəki mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, bununla da Aleksandr Bastrıkin 2026-cı ilin 26 avqustunadək İstintaq Komitəsinə rəhbərlik edəcək.
Qeyd edək ki, 72 yaşlı Aleksandr Bastrıkin Rusiya İstintaq Komitəsinə 2011-ci ildən rəhbərlik edir. Rusiya Prezidenti Vladimir Putin ötən il də onun səlahiyyətlərinin 1 il müddətinə uzadılması ilə bağlı Dövlət Dumasına qanun layihəsi göndərmişdi.