EN

Tələbə kredit fondu yeni qaydalar müəyyən edib

Azərbaycan Təhsil Tələbə Krediti Fondunun Himayəçilik Şurası orta ixtisas və ali təhsil pillələrinə yeni qəbul olmuş tələbələr üçün kredit şərtlərini müəyyən edib.

Fondun məlumatına görə, orta ixtisas təhsili müəssisələrində standart tələbə kreditindən yararlanmaq üçün subbakalavriat səviyyəsində abituriyentin topladığı minimal bal 110, xüsusi qabiliyyət tələb edən ixtisaslarda isə birinci il üçün minimal bal 40 olaraq müəyyən olunub. Sosial növ təhsil krediti üçün minimal bal limiti mövcud deyil.

Ali təhsil müəssisələrinə SAT imtahanı nəticələri ilə qəbul olan tələbələr üçün birinci il üzrə standart tələbə krediti almaq imkanı yaradılıb və minimal SAT balı 1200 müəyyən edilib.

 

Chosen
50
10
anews.az

10Sources